...

Bayden və Si Cinpin APEC sammiti çərçivəsində görüşəcəklər

Dünya xəbərləri Materials 14 Noyabr 2024 01:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 16-da, şənbə günü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpin arasında danışıqlar aparılacaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə Amerika administrasiyasının nümayəndəsi məlumat verib.

“Prezident Bayden 2024-cü ildə Perunun Lima şəhərində keçiriləcək APEC sammiti çərçivəsində noyabrın 16-da Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşəcək”, – deyə brifinqdə qeyd olunub.

ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu, Baydenin ABŞ prezidenti olduğu müddətdə, yəni 2021-ci ildən bəri iki lider arasında üçüncü təkbətək görüş olacaq. Həmçinin, Si Cinpin və Co Bayden bir-birlərini on ildən çoxdur şəxsən tanıyır və ikitərəfli görüşlərdə birgə çoxlu vaxt keçiriblər.

Xəbər lenti

Xəbər lenti