...

Moldovada Zəfər Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2024 20:20 (UTC +04:00)
Moldovada Zəfər Günü qeyd olunub (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycanlıları Konqresi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Moldovadakı Səfirliyinin önündə bayram tədbiri təşkil edib.

Diasporla İş üzrə dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiri Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev giriş sözü ilə açaraq iştirakçıları qələbə münasibətilə təbrik edib.

Səfir 2020-ci ilin 8 noyabrının bütün azərbaycanlılar üçün ədalətin bərpa olunduğu qürur gününə çevrildiyini söyləyib.

Tədbir iştirakçıları Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızı və Ümummilli Lider Heydər Əliyevi anıb, Ulu Öndərin büstü önünə gül dəstələri düzüb.

"Biz döyüşçülərimizin igidliyini unutmuruq və unutmamalıyıq. Biz vətən uğrunda qəhrəman oğullarımızı itirdik, amma müasir Azərbaycanın tarixində ən böyük döyüşü qazandıq – Qarabağı geri qaytardıq!" - deyə MAK-ın sədri Elçin Bayramov öz çıxışında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti