...

Qreta Tunberq ehtiyacların və imkanların real balansını düzgün qiymətləndirmir - Boris Titov

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 22:41 (UTC +04:00)
Qreta Tunberq ehtiyacların və imkanların real balansını düzgün qiymətləndirmir - Boris Titov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisinin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirən isveçli ətraf mühit fəalı Qreta Tunberq ehtiyaclar və imkanlar arasındakı real tarazlığı düzgün qiymətləndirmir.

Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən konfransda Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib.

"2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə haqlıdır, çünki iqlim məsələləri neft hasil edən ölkələrdə müzakirə edilməlidir. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanlar arasındakı real tarazlığı düzgün qiymətləndirmir", - o bildirib.

O, fosil ehtiyatların uzun müddət qlobal rol oynayacağını və indi nəyin bahasına olursa olsun onlardan imtina edilməli olduğunu iddia etmək, yumşaq desək, səmərəsiz olduğunu söyləyib.

"Rusiyada biz ümumiyyətlə yaşıl gündəm anlayışını dar iqtisadi düsturla “karbon yanacağından təcili imtina və kifayət qədər tez imtina etməyənlər üçün cərimələr” formasına endirməkdən çox məmnun deyilik. Və məhz bu tendensiya Qərb ölkələrinin səyləri sayəsində Paris sazişindən sonra inkişaf etmişdir", - o bildirib.

O qeyd eidb ki, Rusiya qaz, nüvə və su istehsalını birləşdirən dünyanın ən yaşıl enerji sektorlarından birinə malikdir.

"Buna görə də ənənəvi texnologiyalardan dərhal və genişmiqyaslı imtina bizim üçün təkcə iqtisadi cəhətdən mümkün deyil - bu, əslində özünü doğrultmur. Biz artıq istiləşməyə qarşı qlobal mübarizəyə öz töhfəmizi vermişik və bundan sonra da verəcəyik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti