...

Gözləntilərimiz 2030-cu ilə qədər emissiyaları 43% azaltmaqdır - COP28-in baş icraçı direktoru

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 13:51 (UTC +04:00)
Gözləntilərimiz 2030-cu ilə qədər emissiyaları 43% azaltmaqdır - COP28-in baş icraçı direktoru
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trende:

Gözləntilərimiz Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər emissiyaları 43% azaltmaqdır.

Trend xəbər verir ki, bunu COP28-in baş icraçı direktoru Adnan Amin Bakıda COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib.

O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlər görülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir.

“Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərin yumşaldılması üzrə konkret, hədəf yönümlü nəticəni özündə əks etdirib. COP29 Dubayda razılaşdırdığımız məqsədlərə çatmağa imkan verən çərçivəni, maliyyələşdirməni və həyata keçirmə vasitələrini həll edəcək.

“Troyka” olaraq bizim üç sədrliyimiz əsas məsələri müzakirə etmək üçün aktiv səy göstərirlər”, - deyə COP28-in baş icraçı direktoru əlavə edib.

O bildirib ki, BƏƏ konsensusunda yer alan hədəflərə nail olmaq mümkün olsa bu, dünyanı on ilin sonuna qədər tələb edilən yumşaldılmanın üçdə ikisinə çatdıracaq.

Adnan Amin bunun üçün maliyyənin tələb olunduğunu deyib:

“Biz maliyyəni daha əlçatan etməyə kömək edən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə sahib olmalıyıq. Biz eyni şəkildə yumşaldılma tələblərimizi həll etmək və BƏƏ-nin Müəyyənləşdirilmiş Milli Töhfələrinə (MMT) uyğunlaşdırılmış ambisiya səviyyəsini sürətli şəkildə artırmaq üzərində işləyirik. Mən bilirəm ki, bir çox tərəfdaşlar, xüsusən də Azərbaycan buna necə töhfə verə biləcəyini nəzərdən keçirir. Buna görə də biz nümunə olmaq istəyirik” .

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti