Bakı. Trend:
Braziliya Ali Məhkəməsi yaxınlığında baş verən partlayışlar nəticəsində binada olan insanlar təcili təxliyə edilib.
Trend "Reuters"-ə istinadən xəbər verir ki, hakimiyyətin məlumatına əsasən, ən azı iki güclü partlayış səsi eşidilib və nəticədə bir nəfər həyatını itirib.
Hadisənin başvermə səbəbləri hələ dəqiqləşdirilməyib və digər təfərrüatlar ictimaiyyətə açıqlanmayıb. Hazırda müvafiq təhlükəsizlik orqanları ərazidə araşdırma aparır və partlayışın səbəblərini müəyyənləşdirməyə çalışırlar.