Bakı. Trend:
Ermənistanın Tavuş vilayətində erməni hərbçisinin meyiti tapılıb.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgərin ölümü ilə bağlı məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.
KİV yazıb ki, Ararat rayonunun 19 yaşlı sakini, hərbçi Narek Qriqoryanın meyiti asılmış vəziyyətdə tapılıb.