Bakı. Trend:
“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunda növbəti matçını keçirib.
Trend xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa Kubokunun sonuncu – VI turunda İsveçdə “Nörçöppinq” klubunun qonağı olub.
Qarşılaşma Rimas Kurtinaytisinin rəhbərlik etdiyi komanda üçün formal xarakter daşıyıb. Oynadığı 5 matçın hamısında məğlub olduğu üçün qrupdan çıxmaq şansını itirən təmsilçimiz buna baxmayaraq, son oyunda qələbə qazanmağı bacarıb. Komandamız 70:74 hesabı ilə qalib gələrək, Bakıdakı məğlubiyyətin revanşını alıb.
Qeyd edək ki, G qrupunun digər oyununda liderlik uğrunda “Marussi” “Spirou”nu 87:70 hesabı ilə məğlub edib.