...

Təmiz enerjiyə bərabər çıxış və sanksiyaların ləğvi iqlim tərəqqisi üçün vacibdir - İranın vitse-prezidenti

İqtisadiyyat Materials 13 Noyabr 2024 12:16 (UTC +04:00)
Təmiz enerjiyə bərabər çıxış və sanksiyaların ləğvi iqlim tərəqqisi üçün vacibdir - İranın vitse-prezidenti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal iqlim problemlərini həll etmək üçün bütün ölkələrin texnologiya, bilik, nüvə enerjisi və investisiyalara bərabər çıxışı olmalıdır.

Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 çərçivəsində çıxışı zamanı İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari deyib.

O, konfransı təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və “ümumi, lakin fərqli məsuliyyətlər” prinsipləri əsasında iqlim dəyişikliyi ilə bağlı “inklüziv fəaliyyət üçün fürsət” adlandırıb.

Vitse-prezident öz çıxışında iqlim dəyişikliyinin həllində milli suverenliyin və prioritetlərin vacibliyini vurğulayıb və qlobal enerji keçidinə nail olmaq üçün texnologiya, investisiya və nüvə enerjisinə bərabər çıxışa çağırıb.

O, öz çıxışında birtərəfli sanksiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirinə toxunub. O, “qeyri-qanuni birtərəfli sanksiyaların” üzv dövlətlərin kritik resurslara və texnologiyalara çıxış imkanlarına xələl gətirdiyini bildirərək, xəbərdarlıq edib ki, “bu sanksiyalar tam aradan qaldırılmayana qədər Konvensiyanın ətraf mühitlə bağlı məqsədlərinə əməl olunmasını gözləmək məntiqsizdir”. O, bütün COP29 iştirakçılarını “bu siyasəti pisləməyə” və bu cür məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti