Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd olunur ki, “Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə boyun əyməyən qorxmaz döyüşçü olacaq.”
Qeyd edək ki, Rubio Trampın Ukrayna ilə bağlı mövqeyini dəstəkləyir. O, 2024-cü ilin aprelində Ukraynaya verilən 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçı senatorlardan biri olub.