...

“Qarabağ”ın dəvəti ilə Bakıya gələcək Avropa klublarının siyahısı açıqlanıb

Siyasət Materials 13 Noyabr 2024 22:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə dəstək vermək məqsədilə yaradılacaq futbol klublarının birgə alyansında iştirak edəcək komandalar noyabrın 15-i axşam saatlarında Bakıya gələcək.

Ağdam klubunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, COP29 Sədrliyi və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamentinin (UNFCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə yaradılacaq bu alyansda “Qarabağ”la yanaşı, Avropanın tanınmış klublarından 10-u da yer alacaq.

COP29 çərçivəsində “Qarabağ”ın dəvəti ilə Bakıya gələcək komandalar bunlardır: “Liverpul”, “Tottenhem” (İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç). Bu klublar iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf mövzularında önəmli təcrübəyə sahibdirlər.

Qeyd edək ki, alyansın təsis olunması ilə bağlı rəsmi tədbir noyabrın 16-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti