...

COP29 çərçivəsində Yaşıl və Mavi Zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb (FOTO)

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 12:12 (UTC +04:00)
COP29 çərçivəsində Yaşıl və Mavi Zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Ticarət və İnvestisiya Evi” stendlərində Azərbaycanın əlverişli işgüzar mühiti və investisiya layihələri barədə məlumat verilir, müxtəlif görüş və tədbirlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının tərəfdaşlığı ilə COP29 çərçivəsində Mavi və Yaşıl Zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb.

Stendlər olan məkanda İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, sərmayədarlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti