...

Rusiyada qadın 22 uşağı zəhərləməkdə təqsirli bilinib

Dünya xəbərləri Materials 14 Noyabr 2024 06:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Omsk məhkəməsi 22 azyaşlının zəhərlənməsi ilə bağlı qərar çıxarıb. Təqsirləndirilən 64 yaşlı qadın, yeməkləri hazırlayarkən sanitar-epidemioloji qaydaları pozaraq, 22 uşağın zəhərlənməsinə səbəb olub. Məhkəmə onu 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edib.

Trend xəbər verir ki, bu barədə Omsk vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin iyunun 23-dən 24-dək, 22 azyaşlı təqsirləndirilən qadının hazırladığı yeməkləri qəbul etdikdən sonra xəstələnib. Bəzi uşaqların səhhətində yüngül problemlər aşkarlanıb. Məhkəmənin qərarına əsasən, qadın, RNT Norovirus genotip 2 virusunun daşıyıcısı olaraq, Kuzbassdan Omska gələn azyaşlılar üçün yeməklər hazırlayıb. Bu uşaqlar çimərlik həndbolu yarışlarının iştirakçılarıydı.

Şəhər sakini cinayəti tamamilə etiraf edib və məhkəmə tərəfindən ona azadlığının məhdudlaşdırılması cəzası verilib.

Xəbər lenti

Xəbər lenti