...

COP for Hope: COP29-da bəşəriyyət üçün çox vacib məsələlər həll olunur – Meksika nümayəndəsi

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 11:23 (UTC +04:00)
COP for Hope: COP29-da bəşəriyyət üçün çox vacib məsələlər həll olunur – Meksika nümayəndəsi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Meksikadan “U.S. Climate Action Network”un nümayəndəsi Mindahi Kressensio Bastida Munyosdur.

O, Trend-ə açıqlamasında bir neçə COP-da iştirak etdiyini və Bakıda keçirilən bu genişmiqyaslı tədbirin xüsusi bir əhəmiyyət daşıdığını bildirib.

"Budəfəki BMT iqlim konfransı maliyyə məsələsinə bağlı olan bəşəriyyət üçün çox vacib bir problemi həll edir. Təbiətə olan borcumuzu geri qaytarmağa daha çox diqqət yetirməliyik. Çünki məhz təbiət bizi dəstəkləyir.

Fikrimcə, Bakıdakı konfrans bizim dünyadakı yerimizi yenidən düşünmək üçün mühüm bir addım olmalıdır. Bu problemə hökumətlər, korporasiyalar və ətrafımızda olan hər kəs cəlb olunmalıdır, çünki bu, iqlim dəyişikliyi ilə nəticələnən böyük bir problemdir. Buna görə də biz burada olmalı və müasir dünyadakı yerimizi yenidən dərk etməliyik.

Azərbaycan enerji imkanlarımızı və bu dünyanı necə dəstəklədiyimizi yenidən nəzərdən keçirən aparıcı ölkələrdən biri olmalıdır. Biz bir-birimizə hörmət etməliyik. Təbiətə hörmət etməliyik. Özümüzə hörmət etməliyik. Bərpa olunan enerji mənbələrinə dair yeni bir dövlət siyasətinə ehtiyacımız var", – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti