Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş üzvü və Havay ştatından olan Tulsi Qabbardı Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd göstərmək qərarını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının bəyanatında məlumat verilib. Bəyanatda bildirilir ki, Qabbard əvvəllər Demokrat Partiyasının üzvü olub və 2020-ci ildə Demokratların prezidentliyə namizədi kimi seçkiyə qatılıb. Lakin sonradan Ukraynaya dəstək kimi məsələlərdə partiyanın xarici siyasətini tənqid edərək fərqli mövqe sərgiləyib.
Hazırda o, Trampın müttəfiqlərindən birinə çevrilərək Respublikaçıların gündəmini dəstəkləməkdə fəal iştirak edir. Qabbard ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı xarici siyasətini tənqid edərək, Vaşinqtonun Rusiyanı zəiflətmək məqsədilə Ukraynadakı münaqişəni uzatmağa çalışdığını deyib və tərəfləri danışıqlara çağırıb.