...

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərara dəyişiklik edilir

Siyasət Materials 9 Dekabr 2024 13:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərara dəyişiklik edilir.

Trend xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra qanun layihələrində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Bu qərarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.

Xəbər lenti

Xəbər lenti