...

Bakıda "Rus evi"nin binasında rus dilində olan yazı sökülüb (FOTO/VİDEO)

Siyasət Materials 11 Fevral 2025 13:16 (UTC +04:00)
Bakıda "Rus evi"nin binasında rus dilində olan yazı sökülüb (FOTO/VİDEO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Rus evi"nin binasında yazılar sökülüb.

Trend xəbər verir ki, yazının məhz rus dilində olan hissəsi sökülüb, Azərbaycan dilində olan hissəsi isə saxlanılıb.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti