...

Müsəlmanlar institusional ayrı-seçkiliklə üzləşir - BMT baş katibinin müavini

Siyasət Materials 26 May 2025 10:42 (UTC +04:00)
Müsəlmanlar institusional ayrı-seçkiliklə üzləşir - BMT baş katibinin müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Müsəlmanlar institusional ayrı-seçkiliklə üzləşirlər.

Trend xəbər verir ki, bunu BMT baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos Bakıda Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində etdiyi videomüraciətdə deyib.

“Müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə qarşılaşırlar. Bu önyarğılar müsəlmanların damğalanmasında və əsassız şəkildə irqi əsasda təqib olunmasında özünü göstərir, KİV vasitəsilə yaradılan təhrif olunmuş obrazlar, eləcə də, bəzi siyasi liderlərin ritorikası və siyasəti ilə qidalanır”, – deyə o bildirib.

Moratinos vurğulayıb ki, bütün dünyada insanlar öz dinlərini qorxu hissi olmadan dinc şəkildə yaşamalı və ifadə etməlidirlər.

“Dünya üzrə dini icmalar hücumlara məruz qalır. Bütün ibadət məkanları sığınacaq olmalıdır, zorakılıq və qanın axıdıldığı arenaya çevrilməməlidir”, - deyə o bildirib.

O qeyd edib ki, nifrət və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparmaq vacibdir.

“Əgər biz bir dini icmaya qarşı nifrətin yayılmasına göz yumuruqsa, bu, digər icmalara qarşı da nifrətə yol açır. Bu isə cəmiyyətdə qorxu, inamsızlıq yaradır və nəticə etibarilə, bütövlükdə parçalanmaya gətirib çıxarır”, – deyə M.A. Moratinos əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti