Bakı. Trend:
İslamofobiya ilə həm qlobal, həm də lokal səviyyədə mübarizə aparmaq vacibdir.
Trend xəbər verir ki, bunu G20 Dinlərarası Dialoq Forumunun prezidenti Koul Darem Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
“İslamofobiya problemi – qəliz və dərin kök salmış problemdir. Onun kökləri hələ orta əsrlərər – İslam dininin başqa sivilizasiyalarla üzləşdiyi dövrə gedib çıxır, müasir dövrdə isə vəziyyət ABŞ-də törədilmiş 11 sentyabr terror hücumundan sonra kəskinləşib.
"Lakin bir çox ölkələrdə müsəlmanlara qarşı olan qərəzli münasibət və ayrı-seçkiliyin daha dərin tarixi kökləri var — bu köklər müstəmləkəçiliyə, orientalist baxışlara və kimlik siyasətinə gedib çıxır", - deyə o qeyd edib.
Daremin sözlərinə görə, islamofobiya dini nifrətin yeganə forması deyil:
"Biz antisemitizmin artdığını müşahidə edirik, xristianlar isə hələ də dünyada ən çox təqib olunan dini qruplardan biri olaraq qalırlar. Bu problemlərin həm lokal, həm də qlobal xarakter daşıdığını başa düşmək vacibdir".