...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İYULUN 8-DƏ PAKİSTANIN DAXİLİ İŞLƏR NAZİRİNİ QƏBUL EDİB

Siyasət Materials 8 İyul 2005 17:42 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 8-də Pakistanın daxili işlər naziri Aftab Əhməd xan Şerpaonu qəbul edib.

Trend agentliyi xəbər verir ki, aparılan söhbətdə Azərbaycan dövlətinin başçısı yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edərək iki ölkə arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib.Azərbaycan prezidenti Pakistanın prezidenti Pərviz Müşərrəfin Bakıya səfərinin, eləcə də İslamabada öz səfərinin yekunlarını yüksək qiymətləndirib.

Beynəlxalq aləmdə Azərbaycana dəstəkdə Pakistanın mövqeyinin xüsusi əhəmiyyətini qeyd edən İlham Əliyev bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün səviyyələrdə, o cümlədən iki dövlətin daxili işlər nazirlikləri arasında da inkişaf etdirilməlidir.

Öz növbəsində Pakistan DİN rəhbəri ölkəsinin prezidenti Pərviz Müşərrəfin və baş nazir Şövkət Əzizin Azərbaycan dövlətinin başçısına salamını və dərin ehtiramını çatdırıb.O, qeyd edib ki, Pakistan və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti