...

MASSİMO-MASSİ BENEDETTİ: AZƏRBAYCANDA ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN ARTMASI TƏHLÜKƏ TÖRƏDİR

Siyasət Materials 29 İyul 2005 15:48 (UTC +04:00)
MASSİMO-MASSİ BENEDETTİ: AZƏRBAYCANDA ŞƏKƏRLİ DİABET XƏSTƏLƏRİNİN ARTMASI TƏHLÜKƏ TÖRƏDİR

Azərbaycanda şəkərli diabeti olan xəstələrin sayı sürətlə artır və ölkədə vəziyyətin dəyişməsi üçün respublika hökuməti fəal addımlar atmalıdır. Trend agentliyi bildirir ki, iyulun 29-da Bakıda keçirilən mətbuat konfransında Beynəlxalq diabet federasiyasının (International Diabetes Federation, IDF) vitse-prezidenti, professor Massimo-Massi Benedetti (Massimo-Massi Benedetti) bu bəyanatla çıxış edib.

"Azərbaycan şəkərli diabet xəstələrin sayına görə dünyanın daha problemli ölkələrindən geri qalmır"-deyə Massimo-Massi Benedetti bildirib.O, qeyd edib ki, "əgər xəstəliyin hazırkı tempi dəyişməzsə, onda yaxın 20 ildə Azərbaycanda çox təhlükəli vəziyyət yaranacaq".

Bugünkü gündə dünyada diabetiklərin ümumi sayının 2 mln nəfəri ötdüyünü bildirən IDF-nin vitse-prezidenti qeyd edib ki, Avropa dövlətlərinin səhiyyə sahəsində xərclərinin 5%-i şəkərli diabetin profilaktikası və müalicəsinin payına düşür.

Qeyd edək ki, professor Benedetti uzun illərdir ki, səhiyyə sahəsində beynəlxalq nəşriyyatlarla əməkdaşlıq edir və 230 elmi iş və məqalənin müəllifidir.

Xəbər lenti

Xəbər lenti