...

POLİS İCAZƏSİZ KEÇİRİLƏCƏK BÜTÜN AKSİYALAIRN QARŞISINI ALACAQ

Siyasət Materials 12 Avqust 2005 15:38 (UTC +04:00)

Polis icazəsiz keçiriləcək bütün aksiyaların qarşısını alacaq. Bu sözləri jurnalistlərlə söhbətində daxili işlər naziri Ramil Usubov bildirib. Nazirin sözlərinə görə, əgər AXCP Ruslan Bəşirli ilə bağlı hər hansı tədbir keçirmək istəyirsə, bunu yalnız meriyanın icazəsi ilə edə bilər.

"Bu icacəli aksiyalarda polis həm aksiya iştirakçılarının, həm də kimə qarşı yönəlibsə həmin tərəfin təhlükəsizliyini təmin etməyə borcludur və təmin edəcək də" - deyə nazir bildirib.

R.Usubov bir neçə gündən bəri AXCP (i) binası qarşısında keçirilən aksiyalara da münasibət bildirib. O qeyd edib ki, həmin icazəsiz aksiyaların da qarşısı polis qüvvəsi tərəfindən alınır. "Əgər polis qüvvəsi həmin aksiyaların qarşısını almasa idi, orada başqa hadisələr baş verərdi" - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti