...

AZƏR MÜRSƏLİYEV:İRANLA MAQATE ARASINDAKI BÖHRAN REGİON ÖLKƏLƏRİNƏ TƏSİR EDƏ BİLƏR

Siyasət Materials 12 Avqust 2005 18:55 (UTC +04:00)
AZƏR MÜRSƏLİYEV:İRANLA MAQATE ARASINDAKI BÖHRAN REGİON  ÖLKƏLƏRİNƏ TƏSİR EDƏ BİLƏR

İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə MAQATE arasında böhran nə qədər çox davam edərsə, o daha da kəskinləşəcək və o bu və ya digər dərəcədə regionun bütün ölkələrinə təsir edə bilər. "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Azər Mürsəliyev məhz rəsmi Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarə Şurasının qətnaməsinə reaksiyasını belə şərh edib.

Qətnamədə İranın ünvanına İsfahandakı uranın konversiyası üzrə zavodda işlərin dayandırılması barədə çağırış səsləndirilib.

A.Mürsəliyevin fikrincə, "kənardan seyr etsək və susmaq çətin olacaq. Bu o zaman baş verəcək ki, dalğa bu və ya digər ölkəyə, o cümlədən Azərbaycana da çatacaq, - deyə o əlavə edib. - Bu təsirin bilavasitə hərfi mənada olacağı mütləq deyil, lakin İranın "odla oynamağa" başladığı vəziyyətdə, regionda, o cümlədən Azərbaycanda Amerikanın hər hansı bir məmurunun peyda olması əlbəttə İran tərəfdən demarş etmək üçün istifadə olunacaq. Azərbaycanın ABŞ və ya NATO ilə hər hansı hərbi əməkdaşlığı barədə danışıqlar da həmçinin bu məqsədlər üçün istifadə olunacaq.

Əgər İranın faktiki olaraq Azərbaycanı Xəzərin Cənub hissəsindəki yataqlardan istifadədən imtina etməyə məcbur etdiyi tarixi yadımıza salsaq, onda bunun Azərbaycana toxunmayacağını söyləmək çətindir".

"Kommersant"ın redaktoru hesab edir ki, İran hazırda tam şüurlu şəkildə vəziyyəti kəskinləşdirir, və ya "ən yaxşı müdafiə hücumdur" prinsipi üzrə hərəkət edir. "Çox gözəl məlumdur ki, bütün bu illər ərzində İranla danışıqlar aparan Avropa üçlüyü faktiki olaraq İranın vəkili və onun Amerikanın qəzəbindən müdafiəçi kimi çıxış ediblər.

O da yaxşı məlumdur ki, bütün bu 3 ölkə İranda tam real, konkret və maddi maraqlara malikdirlər, başqa sözlə, onlar böyük hesabla öz maliyyə-iqtisadi maraqlarını müdafiə edirlər. İraqın təcrübəsi göstərir ki, Birləşmiş Ştatların hər hansı bir zəngin ehtiyatları olan bir ölkəyə girən kimi, əvvəlki müqavilələr, bir qayda olaraq, qüvvədən düşür. Və bu nöqteyi-nəzərdən Avropa üçlüyünün davranışı tamamilə məntiqidir və başa düşüləndir.

Lakin Tehran Səddam Hüseyn kimi hər şeyin yetişəcəyini və baş verəcəyini passiv şəkildə gözləmək niyyətində deyil, əksinə öz potensial müdafiəçilərini şirnikləndirmək və onları gələcəkdə atacaqları addımları sərt şəkildə müəyyənləşdirməyə məcbur etməyi qərar alıb", - deyə o bildirib və qeyd edib ki, indi Tehran özü faktiki olaraq "İran dosyesinin BMT Təhlükəsizlik Şurasına verilməsinə" təkan verir ki, həmin təşkilatda İranla əməkdaşlıqda maraqlı olan ölkələr İran əleyhinə qətnamənin qəbul edilməsinə yol verməmək üçün özlərinin veto hüququndan istifadə etsinlər.

"O zaman əlbəttə, vəziyyət tamamilə başqa cür olacaq, başqa sözlə, ABŞ BMT-nin fikirlərinə əhəmiyyət verməyən hər hansı iri miqyaslı əməliyyatlara əl ata bilər.

Bundan sonra Amerikanın mümkün aksiyalarına qarşı Təhlükəsizlik Şurasının daimi üzvlərinin ən azı yarısı və ya 2/3-si çıxış edəcək ki, bundan sonra belə bir aksiyanın keçirilməsi artıq kifayət qədər ağır və şübhəli olacaq", - deyə A.Mürsəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti