...

GUAM ÖLKƏLƏRİ PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI SENTYABRIN 7-9-DA NYU-YORKDA KEÇİRİLCƏK

Siyasət Materials 18 Avqust 2005 14:19 (UTC +04:00)

GUAM ölkələri Parlament Assambleyasının növbəti iclası sentyabrın 7-9-da Nyu-Yorkda keçiriləcək. Azərbaycan XİN-də Trend ə verilən məlumata görə, təşkilatın iştirakçı ölkələri - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın parlament rəhbərləri onların Nyu-Yorkda keçiriləcək ümumdünya iclası çərçivəsində görüşəcəklər.

Hazırda diplomatik kanallar vasitəsilə iclasın gündəliyi və GUAM ölkələrinin qanunverici orqanları rəhbərlərinin iştirakı razılaşdırılır. Strukturun fəaliyyətinin gələcəkdə inkişafı, qanunverici orqanların əməkdaşlıq perspektivləri, parlamentlərin bu ölkələrdə mövcud münaqişələrin həllinə təsir mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinin parlament spikerlərinin müzakirəsinə çıxarılacağı gözlənilir. Görüşün nəticələrinə görə yekun sənədin imzalanması planlaşdırılır.

Milli Məclisin sədri Murtuz Ələsgərov artıq bu görüşdə iştirak etməyə razılıq verib. Xatırladaq ki, bu, GUAM ölkələri Parlament Assambleyasının II iclası olacaq. Təşkilat keçən il Kiyevdə təsis olunub.

Xəbər lenti

Xəbər lenti