...

AZƏRBAYCAN PREZİDENTİ KAZANA YOLA DÜŞÜB

Siyasət Materials 26 Avqust 2005 12:23 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB ölkələri sammitində iştirak etmək üçün avqustun 26-da Kazana yola düşüb.

Sammit və Kazanın 1000 illiyi çərçivəsində əsas tədbirlər avqustun 26-da keçiriləcək. İlham Əliyev Kazana səfəri çərçivəsində MDB ölkələrinin başçıları ilə görüşmək niyyətindədir. Avqustun 27-də Ermənistan prezidenti Robert Köçəryanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə birbaşa dialoqun növbəti raundu keçiriləcək. İ.Əliyevin Rusiya və Ukrayna prezidentləri ilə görüşəcəyi də gözlənilir.

Dövlət başçısı Azərbaycana avqustun 27-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti