...

AYAZ MÜTƏLLİBOV VƏ ARAZ ƏLİZADƏNİN İMZA VƏRƏQƏLƏRİ DAİRƏ SEÇKİ KOMİSSİYASINA TƏQDİM OLUNUB

Siyasət Materials 26 Avqust 2005 15:05 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədrləri Ayaz Mütəllibov və Araz Əlizadənin parlament seçkisində iştirakla bağlı imzatoplama kampaniyaları baş çatdırıldı və avqustun 26-da onların xeyrinə toplanan imza vərəqələri dairə seçki komissiyasına təqdim olunub. Bu barədə Trend ə ASDP-dən məlumat verilib.

Seçki qanunvericiliyinə görə 10 gün müddətində dairə seçki komissiyasına imza vərəqələrini təhvil vermiş şəxslərin xeyrinə toplanan imzaların ekspertizası aparılır və bu vaxt ərzində onun namizədliyinin qeydə alınması məsələsi həll edilir.

Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun namizədliyi 17 saylı Yasamal üçüncü seçki dairəsindən irəli sürülüb. Həmin dairədən onunla artıq namizədliyi qeydə alınmış Lalə Şövkət rəqabət aparacaq.

45 saylı Abşeron seçki dairəsindən namizədliyini vermiş Araz Əlizadə isə "Azadlıq", "Demokratik Azərbayan" seçki bloklarının nümayəndəsi, "klassiklər" AXCP-sinin sədri Mirmahmud Mirəli də olmaqla 25 nəfər namizədlə rəqabət aparacaq.

Xəbər lenti

Xəbər lenti