...

AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA KEÇİRMƏK İSTƏDİYİ PİKET DAĞIDILIB

Siyasət Materials 6 Oktyabr 2005 14:10 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) oktybarın 6-da saat 12.00-da Ədliyyə Nazirliyi qarşısında keçirdiyi piket dağıdılıb". Bu barədə Trend agentliyinə AMDP sədrinin müavini Mübariz Hümbətov bildirib.

Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamasına etiraz olub: "Həmişəki kimi bu dəfə də piketimiz icazəsiz olduğundan polislər tərəfindən dağıdılıb. Aksiyada iştirak edən 70 nəfərdən 3-ü 27-ci polis bölməsinə aparılıb. Bir müddət orada saxlanıldıqdan sonra buraxılıblar".

M.Hümbətov onu da qeyd edib ki, qətnamə Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyanın növbəti piketinin həmin ünvanda nə vaxt keçiriləcəyi barədə dəqiq məlumat olmasa da, AMDP sədrinin müavini bunun gələn həftə reallaşacağını güman edir.

Xəbər lenti

Xəbər lenti