...

Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilir

Siyasət Materials 20 Oktyabr 2005 13:29 (UTC +04:00)

Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib. Trend xəbər verir ki, ilk müzakirəyə "Sosial sığorta haqqında" AR qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi çıxarılıb. Sosial siyasət daimi komissiyasının sədri Xadı Rəcəbli adıçəkilən qanun layihəsi barədə danışaraq bildirib ki, bu sənədin 10, 14,17, 18 və 21-ci maddələrində müvafiq dəyişikliklərin aparılması nəzərdə tutulur. Bu isə növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına sosial ödənişlərin verilməsi müəssisə və təşkilatlar tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən (DSMF) həyata keçirilməsi nəzərdə tutulub.

X.Rəcəbli onu da bildirib ki, qeyd olunan dəyişikliklər işləyən pensiyaçıların müavinətlərini iş yerlərindən deyil, digər pensiyaçılar kimi ümumi qaydada alınmasını nəzərdə tutur. "Bu, bəzi müəssisə və təşkilatlarda yaranan maliyyə problemləri ilə bağlı pensiya ödənişlərində mövcüd olan çətinlikləri aradan qaldıracaq".

Daha sonra "AR-nın bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev çıxış edib. O, adıçəkilən qanun layihəsində 11 sənədə dəyişikliklər edilməsi barədə danışıb. Deputat Qulamhüseyn Əlibəyli həmin qanun layihəsində nəzərdə tutulan dəyişikliklərlə bağlı fikrini bildirib. Sənədin 5,6, 7-ci maddələrinə dəyişikliklərin edilməsi sonraya saxlanıla bilər, çünki "İnsan haqları üzrə müvəkkil haqqında", "Məhkəmə-hüquqi şurası haqqında" və "Konstitusiya məhkəməsi haqqında" qanun layihələrinə dəyişikliklər ayrıca müzakirə edilməlidir. Millət vəkilləri AR-in 2006-cı il dövlət büdcəsi zərfinə daxil olan digər 10 qanun layihəsinin müzakirəsini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti