...

Ancey Kaspşik: ATƏT-dən başqa heç bir təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparmaq mandatı yoxdur

Siyasət Materials 20 Oktyabr 2005 17:04 (UTC +04:00)
Ancey Kaspşik: ATƏT-dən başqa heç bir təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar aparmaq mandatı yoxdur

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Trend ə müsahibəsi

- Son aylar Ermənistan və Azərbaycanın təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması halları baş verir və bu, insan tələfatı ilə nəticələnir. Münaqişə bölgəsində vəziyyətin pisləşməsi Ermənistan və Azərbaycanda daxili siyasi vəziyyətlə nə dərəcədə bağlıdır?

- Mən atəşkəs rejiminin pozulmasını daxili siyasi vəziyyətlə bağlamazdım. Təmas xəttində hər zaman monitorinqin keçirilməsi haqqında məlumatlandırılan əsgərlər var. Monitorinq qrupu üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onlar əllərindən gələni edirlər. Güman edirəm ki, bütün çatışmazlıqlardan asılı olmayaraq atəşkəs rejimi münasibdir. Hətta elə hallar da olur ki, əsgərlər postda yatırlar, ayılanda isə yaranmış vəziyyəti dərk etməyərək öz adamlarını düşmən bilib onlara atəş açırlar. Bütün bunlar, əlbəttə, heç də ürəkaçan fakt deyil. Lakin insan tələfatının olmaması da qeyri-mümkündür.

- Əgər monitorinqlər daha çox problemin yaranmasına səbəb olursa, təmas xəttində onların keçirilməsinin bir mənası varmı?

- Atəşkəs rejiminə tərəflərin siyasi iradəsi sayəsində nail olunur. Bunu dəfələrlə Azərbaycan və Ermənistan prezidentləri də qeyd ediblər. Onlar bəyan ediblər ki, danışıqlar apararaq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq arzusu var. Məhz buna görə də ATƏT hər iki ölkənin hökumətlərinə hissə komandirlərinin əsgərlərin nizam-intizamı ilə daha fəal məşğul olmasına təsir etməkdə köməklik göstərir. Bizim sayəmizdə komandirlər nəzarət altında olduqlarını bilirlər. Əlbəttə, bunu ATƏT-in nəzarəti adlandırmaq olmaz, çünki bizim belə səlahiyyətimiz yoxdur, Lakin hesab edirəm ki, bu amil gərginliyin və ölüm hallarının azalmasına imkan verir. Əgər bu belə olmasaydı, monitorinqlər tez-tez keçirilməzdi. Düşünürəm ki, monitorinqlər regionda sabitliyin saxlanılmasına şərait yaradır.

- Siz Dağlıq Qarabağın Azərbaycan icmasının rəhəbəri Nizami Bəhmənovun danışıqlar prosesində iştirakı məsələsini necə qiymətləndirirsiniz? Hər iki icma başçısının bilavasit görüşmək zərurəti yaranmayıbmı?

- Danışıqların "Praqa prosesi" çərçivəsində aparılacağı ilə bağlı razılıq əldə edilib. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar əsasında hər iki dövlət başçısı əvvəlcə may ayında Varşavada, avqust ayında isə Kazanda görüşüblər. Danışıqlarda iştirak etmək manadatı olan ATƏT-in Minsk qrupu həmsədrləri görüşlərin nəticələri üzərində işləyiblər və hazırda bu proses davam edir. Cənab Bəhmanovu biz yaxşı tanıyırıq və aramızda dostluq münasibətləri var. Hər dəfə həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri Bakıya gələndə, N.Bəhmanovla görüşmək məsələsi də qaldırılır.

Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri N.Bəhmanovun danışıqlar prosesinə cəlb olunmasına gəldikdə, qeyd etmək lazımdır ki, bu gün "danışıqlar prosesində lazımi format mövcud deyil". Vaxt gələcək, danışıqlar prosesində N.Bəhmanovun da sözünün öz yeri olacaq. O, qaçqınları təmsil etməklə bu prosesdə bilavasitə müəyyən rol oynayır və Azərbaycan prezidenti də onların fikirləri ilə hesablaşır. Hər iki icma arasında dialoqa gəldikdə isə, mən hər zaman bunun tərfdarı olmuşam. Təmas nöqtələrini tapmaq üçün görüşərək danışıqlar aparmaq lazımdır.

- Siz Azərbaycan və Ermənistan nümayəndələrinin bir çox görüşlərində iştirak etmisiniz. Danışıqlar prosesində hər hansı bir irəliləyiş əldə olunubmu?

- Bu məsələ birbaşa olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatına aiddir. Hər iki ölkə başçısı danışıqlar prosesinin gizli saxlanılmasını xahiş edib. Lakin ciddi bir irəliləyəşin olduğunu desəm, yanılmaram.

Görüşlər intnesiv keçirilir. Həmsədrlər isə son dərəcə fəaldırlar, bunu hər iki ölkə başçısı da vurğulayıb. Düşünürəm ki, Azərbaycanda seçki prosesi dövründə ölkə rəhbərliyi digər məsələrə daha çox diqqət yetirir. Lakin bu, danışıqlar prosesinin müvəqqəti olaraq təxirə salınması demək deyil. Oktyabrın 24-25-də Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək. Dekabrın 5-6-da isə ATƏT-ə üzv ölkələrin nazirlərinin Lyublyanada görüşü çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcəklər ki, bu da az əhəmiyyət kəsb etmir.

- Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ münaqişəsinin həlli varinatlarına dair iki hesabat hazırlayıb. Bu sənədlər Azərbaycanda və Ermənistanda böyük səs-küyə səbəb olub. Belə təşəbbüslər danışıqlar prosesinə necə təsir göstərir?

- Dağlıq Qarabağ problemi - "köhnəlmiş münaqişədir" və onun nizamlanmaması dünyanın müxtəlif nöqtələrində insanların narahatlığına səbəb olur. Bir çoxları münaqişənin tezliklə həll olunmasını istəyir. Bu məsələdə maraqlı olan təşkilatlar da var. Məsələn, Azərbaycan və Ermənistan Avropa Birliyinə üzv olmaq üçün öhdəlik kimi bu münaqişəni yalnız sülh yolu ilə həll etməlidir. Bəzən BMT də bu məsələ ilə bağlı çıxış edir. Lakin problemin həlli üçün yalnız ATƏT-in Minsk qrupunun mandatı var. Əlbəttə, tərəflərin razılığı olmadan bu məsələnin həlli qeyri-mümkündür.

Digər beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Böhran Qrupunun təşəbbüsünə gəldikdə isə onların addımları nəyi isə yaxınlaşdıra bilər. Lakin bu təşəbbüs ATƏT-in Minsk qurupu həmsədrləri tərəfindən istifadə edilməlidir.

- Son zamanlar ATƏT-in səlahiyyətlərinin bir hissəsinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinə veriləcəyi ilə bağlı Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun bəyanatı Azərbaycan və Ermənistanın kütləvi informasiya vasitələrinin aktual mövzusuna çevirilib. Bu bəyanata sizin münasibətiniz necədir?

- Güman edirəm ki, mətbuat Y.Merzlyakovun fikrini çox təhrif edir. ATƏT-in Minsk qrupunun səlahiyyətlərinin başqa təşkilatlara verilməsi ilə bağlı heç bir fikir yoxdur.

- Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələnin BMT-nin 60-cı sessiyasının gündəliyinə daxil edilməsinə dair Bakının təşəbbüslərini necə qiymətləndirirsiniz? Ermənistan buna qarşı kəskin çıxışlar edib. Səlahiyyətlərin bölüşdürülməsinin mənfi hal kimi qəbul olunmasına dair bəyanatlar səsləndirilib. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?

- Məlum olduğu kimi, Azərbaycan "İşğal oluqnmuş ərazilərdə məskunlaşma" ilə bağlı məsələnin BMT-də müzakirəsinə dair təşəbbüs irəli sürüb və ATƏT bu ərazilərə qiymətləndirmə qrupu göndərib. Qrup öz müşahidələri əsasında məruzə hazırlayıb. Bəzən bu məsələnin digər təşkilatlarda müzakirəsi ilə əlaqədar əlavə tədbirlər görülür. Eyni fikri Avropa Şurası haqqında da söyləmək olar.

Lakin burada da (AŞ PA) ATƏT-in Dağlıq Qarabağ müzakirələrinə cəlb olunması faktı var idi. AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sonuncu iclasında həmsədrlər danışıqlar prosesinin hazırki vəziyyəti haqqqında AŞ-yə ətraflı məlumat veriblər. Lakin başqa təşkilat və qrupların bu münaqişənin həlli ilə bağlı heç bir mandatı yoxdur.

Xəbər lenti

Xəbər lenti