Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev çoxlu sayda insan ölümü ilə nəticələnmiş təyyarə qəzası ilə əlaqədar oktyabrın 24-də Nigeriya Federativ Respublikasının prezidenti Olusequn Obasancoya başsağlığı məktubu göndərib.
"Faciə ilə əlaqədar öz adımdan və Azərbaycan xalqı adından qəza zamanı həlak olanların ailə üzvlərinə başsağlığı verirəm", - deyə məktubda bildirilir.