...

MSK barmaqların mürəkkəblənməsi proseduruna dair Təlimat qəbul edəcək

Siyasət Materials 27 Oktyabr 2005 16:43 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası seçki günü seçicilərin barmaqlarına mürəkkəb vurulmasının prosedur qaydalarına, bu üsulun tətbiqi üçün maliyyə vəsaiti ayrılması və digər məsələlərə dair xüsusi Təlimat qəbul edəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib. O, bildirib ki, həmin Təlimatda MSK tərəfindən həyata keçirilən barmaqlara mürəkkəb vurulması üsulunun tətbiqi ilə bağlı bütün məsələlər əksini tapacaq. N.Məmmədov hazırda həmin Təlimatın hazırlandığını deyib. Onun sözlərinə görə, MSK-nın növbəti iclası bu günlərdə keçiriləcək və həmin Təlimat qəbul ediləcək.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq tapşırığından sonra MSK "bir seçici-bir səs" prinsipinin gözlənilməsi üçün səsvermə günü seçicilərin barmaqlarına mürəkkəb vurulması üsulunun tətbiq edilməsinə dair qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti