...

Eldar Mahmudov Macarıstanın milli təhlükəsizlik idarəsinin baş direktorunu qəbul edib

Siyasət Materials 31 Oktyabr 2005 17:49 (UTC +04:00)

Oktyabrın 31-də Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Macarıstan Milli Təhlükəsizlik İdarəsinin baş direktoru general-mayor Layoş Qalanboşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Eldar Mahmudov MTN-də yeni yaradılmış strukturlar, həyata keçirilən islahatlar, qanunsuz miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə ilə bağlı görülən işlər barədə qonaqlara məlumat verib. Həmçinin regiondakı mövcud durum əməliyyat şəraiti və ona təsir göstərən amillərdən danışıb.

E.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, bunun nəticəsində Azərbaycan torpaqları işğal olunub: "İşğaldakı torpaqlarımızın 132 km-i İranla həmsərhəddir ki, bu ərazilər tamamilə nəzarətsizdir. Eyni zamanda Avropa dövlətləri üçün də ciddi narahatlıq doğurur. Azərbaycan silahlı separatçılıq, ekstremizm təzahürləri, Ermənistanın hərbi təcavüzünün çətinlikləri ilə üzləşib".

Layoş Qalanboş isə öz növbəsində E.Mahmudovun nəzərinə çatdırıb ki, Macarıstan Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına köməklik göstərməyə hazırdır. Qonaq terrorçuluq və ekstremizm təzahürlərinin qarşısının alınması üçün bütün qüvvələrin birləşməsinin vacib olduğunu söyləyib.

Hərbi rütbələrin verilməsini hərbi prokuror müəyyən edəcək.

Xəbər lenti

Xəbər lenti