...

Ən çox qanun pozuntusu 10 seçki dairəsində qeydə alınıb

Siyasət Materials 2 Noyabr 2005 15:05 (UTC +04:00)

"91 saylı Ucar seçki dairəsində heç bir qanun pozuntusu qeydə alınmayıb". Trend xəbər verir ki, bu barədə Seçki Monitorinq Mərkəzisinin (SMM) seçkiqabağı təşviqat kampaniyası ilə bağlı hesabatında bildirilib.

SMM-in uzunmüddətli müşahidələrinin nəticələri üzrə ən çox qanun pozuntuları 20 saylı Nərimanov ikinci, 24 saylı Nizami birinci, 38 saylı Gəncə Nizami ikinci, 39 saylı Gəncə Kəpəz birinci, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 80 saylı İmişli-Beyləqan, 89 saylı Göyçay-Ağdaş, 113 saylı Şəki şəhər, 115 saylı Şəki kənd ikinci seçki dairələrində qeydə alınıb.

77 saylı Astara, 94 saylı Bərdə kənd, 86 saylı İsmayıllı, 34 saylı Xətai ikinci, 71 saylı Masallı kənd, 28 saylı Sabunçu üçüncü, 25 saylı Nizami ikinci seçki dairələrində isə bir qanun pozuntusu baş verib.

Qeyd edək ki, baş verən qanun pozuntuları barədə məlumatlar SMM-ə dairə seçki komissiyalarının səlahiyyətliləri tərəfindən daxil olub.

Xəbər lenti

Xəbər lenti