...

MSK sədri KİV-i namizədlərin təşviqat kampaniyasının başa çatması mərhələsinə riayət etməyə çağırıb

Siyasət Materials 4 Noyabr 2005 18:18 (UTC +04:00)

Noyabrın 4-nə olan məlumata görə, parlament seçkilərində qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərin sayı 1326 nəfər təşkil edir. Trend bildirir ki, noyabrın 4-də Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahlı bu barədə bəyan edib.

Qeydiyyatdan keçmiş beynəlxalq müşahidəçilərinarasında ATƏT, ATƏT PA, avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların nümayəndələri vardır. Cəmi 45 ölkədən müşahidəçilər qeydə alınıb.

Həmçinin 80 KİV-i təmsil edən 260-dək xarici jurnalist qeydə alınıb. MSK-da təxminən 17 min, dairə seçki komissiyalarında isə təxminən 40 min nəfər yerli müşahidəçi qeydə alınıb.

M.Pənahov qeyd edib ki, noyabrın 5-də saat 08.00-dən başlayaraq noyabrın 7-də saat 20.00-dək namizədlərin təşviqat kampaniyası qanunvericiliklə qadağan edilib. O, təkidlə KİV-i bu qaydalara riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti