...

Amerikanın QHT səsvermənin gedişini yüksək qiymətləndirib

Siyasət Materials 6 Noyabr 2005 22:05 (UTC +04:00)
Amerikanın QHT səsvermənin gedişini yüksək qiymətləndirib

Amerikanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri 6 noyabr parlament seçkiləri günü səsvermənin gedişinin təşkilinə yüksək qiymət veriblər. Enyi zamanda, Trend in verdiyi məlumata görə, Missuri ştatının keçmiş qubernatoru Bob Holden seçki komissiyalarının nümayəndələrinin peşəkarlığını yüksək qiymətləndirərək səsvermə günü 17 seçki dairəsinin 52 məntəqəsində monitorinq keçirildiyini qeyd edib.

O bildirib ki, səsvermə və səslərin hesablanması zamanı müşahidəçilər tərəfindən hər hansı bir problemlə qarşılaşmayıb. "Əgər seçicilərin bir hissəsi öz adlarını seçki siyahılarında tapmamaları ilə bağlı bir neçə halı hesaba almasaq, seçki prosesini bütünlükdə müsbət xarakterizə etmək olar", -deyə B.Holden bildirib.

Öz növbəsində, Truman universitetinin professoru Con İşiyama bəyan edib ki, bu seçkilər Azərbaycanda demokratik seçkilərin keçirilməsinin möhkəmlənməsinə xidmət edəcək. B uzaman o bildirib ki, onun daxil olduğu nümayəndə heyəti Azərbaycanın bu ölkənin MSK tərəfindən dəvət olunub.

Xəbər lenti

Xəbər lenti