...

PA Government Services: Exit poll-un yekunlarının açıqlanmasında yubanma sorğunun yekunlarını dəqiqləşdirmək istəiy ilə əlaqədar idi

Siyasət Materials 9 Noyabr 2005 15:05 (UTC +04:00)

Amerikanın PA Government Services şirkətinin 6 noyabrda keçirdiyi exit poll-un (seçki məntəqəsindən çıxarkən aparılan sorğu) yekunlarının elan edilməsində yubanma sorğunun yekunlarının dəqiqləşdirilməsi istəyi ilə bağlı olub. Trend in

ATV telekanalına istinadən yaydığı məlumata görə, bu barədə şirkətin vitse-prezidenti Cim Vayt bəyan edib.

"Həqiqətən, sorğunun yekunları əvvəl elan olunduğu kimi seçkinin başa çatmasından 2 saat sonra deyil, bir qədər sonra elan olundu. Lakin bu, ictimaiyyətə onun dəqiq yekunlarını açıqlamaq istəyindən irəli gəlirdi", -deyə C. Vayt bildirib və "PA Government Services" nümayəndələri ilə səsvermə zamanı 80 mindən artıq anket analiz olunduğunu və bunun "az vaxt aparmadığını" xatırladıb.

Öz növbəsində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyinin rəhbəri Ceyms Qogin qeyd edib ki, exit poll-un məqsədi "qalibləri" müəyyən etmək olmayıb. "Biz yalnız liderləri müəyyən etməyə çalışmışıq",-deyə C. Qogin bildirib.

Qeyd edək ki, USAID razılaşma çərçivəsində "PA Government Services" keçirdiyi sorğunun son yekunları yalnız noyabrın 7-də səhər açıqlanıb.

"PA Government Services" Afrika, Qafqaz, Əfqanıstan və Orta Asiyada çoxsaylı layihələr həyata keçirən məşhur konsaltinq şirkətidir.

Xəbər lenti

Xəbər lenti