...

Ali Məhkəmə də Sərdar Cəlaloğlunun iddiasını təmin etməyib

Siyasət Materials 16 Noyabr 2005 13:16 (UTC +04:00)

9 saylı Binəqədi ikinci seçki dairəsindən "Azadlıq" blokunun deputatlığa vahid namizədi Sərdar Cəlaloğlunun noyabrın 16-da Ali Məhkəməyə verdiyi şikayətə baxılıb. Bu barədə Trend ə S.Cəlaloğlunun vəkili Qurban Məmmədov məlumat verib.

Qeyd edək ki, Sərdar Cəlaloğlunun namizəd olduğu 9 saylı Binəqədi ikinci seçki dairəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. S.Cəlaloğlu MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət vermişdi, lakin məhkəmə onun iddiasını təmin etməyib. Bundan sonra namizəd Apellyasiya Məhkəmsinin qərarından Ali Məhkəməyə şikayət edib.

Ali Məhkəmədə hakim Rafiq Məmmədovun sədrliyi ilə keçən iclasda Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qurban Məmmədov bu qərardan Ali Məhkəmənin Plenumuna şikayət verəcəyini deyib. O əlavə edib ki, birbaşa Konstitusiya Məhkəməsinə də şikayət verə bilər. Sonuncu yerli instansiya da iddianı təmin etməsə, Avropa Məhkəməsinə şikayət verəcək.

Xəbər lenti

Xəbər lenti