...

Hacı Hacıağa Nuri Bakı kəndlərində aksiyalara ehtiyac görmür

Siyasət Materials 18 Noyabr 2005 16:54 (UTC +04:00)

"Bakı kəndlərində mitinqlərin keçirilməsinin nəticəsini görmürəm". Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

Qeyd edək ki, noyabrın 16-da bir qrup Nardaran sakini kənddə seçki saxtakarlığı və sosial problemlərlə bağlı etiraz aksiyası keçirib. Belə aksiyalar növbəti həftə isə Maştağa, Bilgəh və Zabratda nəzərdə tutulub.

Nardaranda yaşayan AİP-nin sədri H.H.Nuri onu da bildirib ki, kəndlərdə aksiyalar keçirməyə ehtiyac yoxdur: "Ən böyük mitinqlər paytaxtın "Qələbə" meydanında keçirilir. Orada səslənən problemlər həll olunmursa, kəndlərdə keçirilən etiraz aksiyalara ehtiyac görmürəm. Belə aksiyaların gələcəkdə müsbət nəticələr verəcəyinə inanmıram".

Xəbər lenti

Xəbər lenti