...

Heyki Talvitiye: "Azərbacanda parlament seçkiləri şərtsiz irəliləyiş idi"

Siyasət Materials 22 Noyabr 2005 20:56 (UTC +04:00)
Heyki Talvitiye: "Azərbacanda parlament seçkiləri şərtsiz irəliləyiş idi"

"Azərbacanda keçirilmiş əvvəlki seçkilərlə müqayisədə 6 noyabr parlament seçkiləri zamanı şərtsiz irəliləyiş müşahidə olunub". Trend in xəbər verdiyi kimi, belə bəyanatla noyabrın 22-də Bakıya birgünlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye (Heikki Talvitie) çıxış edib.

O bildirib ki, Bakıya AB-nin "Yeni mehriban qonşuluq siyasəti" rpoqramının, həmçinin, bu proqram çərçivəsində fəaliyyət proqramının detallarını və gələcək perspektivlərini müzakirə etmək məqsədilə gəlib. "Azərbaycan "Yeni mehriban qoşuluq siyasəti"nin ayrılmaz hissəsidir və ən yaxın gələcəkdə bu proqram çərçivəsində Cənubi Qafqazın hər üç dövləti ilə məsləhətləşmələr aparılacaq", - deyə nümayəndə bildirib.

H.Talvitiye onu da bəyan edib ki, Azərbaycan demokratik inkişafın təkamül yolunu seçməlidir və respublikadakı gələcək proseslər 2005-ci il 6 noyabr parlament seçkilərinin yekunlarına əsaslanmalıdır.

"Avropa Birliyi hakim yox, həkim rolunda çıxış edir. Brüsselin mövqeyini məhz bu prizmadan qəbul etmək lazımdır. Səsvermə zamanı aşkar edilmiş mənfi faktlar qanun çərçivəsində aradan qaldırılmalıdır. Şadam ki, Azərbaycan müxalifəti öz aksiyalarını qanun çərçivəsində keçirir", - deyə diplomat əlavə edib.

O əlavə edib ki, regiona növbəti səfəri 2006-cı ilin əvvəlinə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti