...

Milli QHT Forumu erməni separatçılarının ABŞ-da yardımtoplama aksiyasına etiraz bəyanatı yayıb

Siyasət Materials 25 Noyabr 2005 17:02 (UTC +04:00)

Milli Qyeri-Hökumət Təşkilatları Forumu (MQF) ABŞ-ın Los-Anceles şəhərində Dağlıq Qarabağa yardım adı altında keçirilən telemarafonu Azərbaycanın daxili işlərinə qarışmaq və erməni təcavüzkarlarını, separatçıları dəstəkləyən aksiya kimi qiymətləndirir. Trend in məlumatına görə, bu fikirlər MQF-nin yaydığı bəyanatda deyilir.

Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın separatçı rejimin lideri ilə birgə həmin tədbirə qatılmasının isə bütün beynəlxalq hüquq normalarına zidd və saymamazlıq əlaməti kimi qiymətləndirilib. Milli QHT Forumu həmçinin ABŞ-ın Kaliforniya ştatının Monte-Bella şəhər bələdiyyəsinin hazırda separatçı rejimin mərkəzi sayılan Xankəndi (Stepanakert) ilə "qardaşlaşması" təşəbbüsünə də etirazını bildirib. Milli QHT Forumu hesab edir ki, hər iki təxribatçı faktın məhz ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan ABŞ-da baş verməsi bu ölkənin sülh prosesindəki iştirakı ilə bir araya sığmır.

Bəyanatda o da bildirilir ki, nəzarətsiz ərazi olan Qarabağda erməni separatçılarının narkotika və qanunsuz silah alveri ilə məşğul olması faktları beynəlxalq təşkilatlara təqdim olunub. Separatçıların əldə etdiklərivəsaitləri növbəti dəfə çirkin məqsədlərə yönəltməyəcəklərinə heç bir zəmanət yoxdur. 400-ə yaxın təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu erməni separatçılarının ABŞ-dakı qondarma aksiyalarını dayandırmağı tələb edir.

Xəbər lenti

Xəbər lenti