...

Ədalət Partiyası müxalifətin etiraz aksiyalarında iştirak etməyəcək

Siyasət Materials 25 Noyabr 2005 17:22 (UTC +04:00)

Ədalət Partiyası müxalifətin parlament seçkilərinin nəticələrinə etiraz olaraq keçirdiyi aksiyalarına qoşulmayacaq. Bu barədə Trend ə Ədalət Partiyasının sədri İlyas İsmayılov açıqlama verib.

O, bildirib ki, Ədalət Partiyası 6 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrindən narazıdır. Partiyanın namizədləri seçkidə baş verən qanun pozuntuları ilə bağlı şikayətlərinə Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyalarına təqdim ediblər. İ.İsmayılovun sözlərinə görə, Ədalət Partiyası etirazını yalnız bu formada bildirir və başqa üsullara əl atmaq fikrində deyil: "Biz başqa partiyaların keçirdiyi etiraz aksiyalarında bundan sonra da iştirak etməyəcəyik"-deyə İ.İsmayılov vurğulayıb.

Qeyd edək ki, seçkidən sonra bir neçə dəfə yürüş-mitinq keçirən müxalifət partiyaları və seçki bloklarının növbəti etiraz aksiyası noyabrın 26-da olacaq. Müxalifət düşərgəsi aksiyaların davamlı olmasına qərar verib.

Xəbər lenti

Xəbər lenti