...

Goranboy rayonunun hərbi hissəsindəki yaralıların vəziyyəti nisbətən qənaətbəxşdir.

Siyasət Materials 13 Yanvar 2006 18:01 (UTC +04:00)

Yanvarın 9-da Goranboy rayonunun Ermənistanla sərhədində yerləşən N saylı hərbi hissənin binasında baş verən yanğın hadisəsi nəticəsində milli ordunun müxtəlif dərəcəli yanıqlar almış 2 giziri, bir zabit və bir əsgərinin vəziyyəti nisbətən normaldır. Onlar hazırda Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin hospitalında müalicə alırlar. Bu barədə Trend in qərb bürosuna hospitaldan məlumat verilib.

Rəhbərlik bir gün öncə yaralıların vəziyyətinin olduqca ağır olması barədə bəzi telekanallarda və mətbuatda yayılan informasiyanı təkzib edib. Sözügedən hospitaldan əlavə olaraq bildirilib ki, Bakıdan həkim-mütəxəssislər dəvət olunub. Yaralılardan yalnız gizir İsayev Raiq Elton oğlunun vəziyyəti digərlərinə nisbətən fərqlidir. Digər yaralıların isə bir neçə həftəyə evlərinə buraxılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti