...

Regionlarda məhkəmə və hüquqi islahatlar beynəlxalq təşkilatların diqqət mərkəzindədir

Siyasət Materials 25 Yanvar 2006 16:57 (UTC +04:00)

Ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar artıq 2004-cü ildən Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində bölgə məhkəmələrində hüquqi islahatlara yardım göstərmək məqsədilə bir sıra layihələr həyata keçirir. Bu təşkilatlardan biri "Oxfam" təşkilatı elan etdiyi 2 illik "Hüquqi yardım xidməti" layihəsi çərçivəsində 20 rayonda hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılması, həmin mərkəzlərin metodiki təminatı, məsləhətçilərin təlim kurslarının təşkili və yeni yaradılacaq mərkəzlərə hüquqi ixtisaslı kadrların seçilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilib.

Sözügedən təşkilatın yerli mətbuat nümayəndəliyindən verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 2005-ci ildə 5 rayonda mərkəzlər yaradılıb. Goranboy, Bərdə, Ağdam,Ağcabədi, Tərtər, Yevlax rayonlarında və Gəncə, Mingəçevir şəhərlərində 23 informasiya məsləhət mərkəzi yaradılıb. Həmin məsləhət mərkəzlərindən fərdi qaydada ayda 1100-1300 nəfər faydalanır. 2006-cı ilin növbəti birinci rübündə nəzərdə tutulan qalan 15 rayonda da hüquqi yardım mərkəzlərinin yaradılması planlaşdırılır. Bütün bu işlərə 900 milyon manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti