...

AMDP yenidən Ədliyyə Nazirliyi qarşısında piketlər keçirəcək

Siyasət Materials 26 Yanvar 2006 14:43 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) qeydiyyata alınmasa Ədliyyə Nazirliyi qarşısında piketlər keçiriləcək". Bu barədə Trend ə AMDP sədri İsgəndər Həmidov bildirib.

İ.Həmidov onu da bildirib ki, qeydiyyata alınmaq üçün sənədlər hazırlanıb və yenidən adıçəkilən nazirliyə təqdim olunub. AMDP sədri onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı AMDP Ədliyyə Nazirliyini məhkəməyə verib. Lakin nə Yasamal rayon məhkəməsi, nə də Apellyasiya Məhkəməsi partiyanın iddiasını qəbul edib. AMDP Ali Məhkəməyə müraciət etsə də hələlik cavab almayıb.

Xəbər lenti

Xəbər lenti