...

Liberal Partiyanın qurultayında Nizamnamədə və ali orqanların tərkibində dəyişiklik ediləcək

Siyasət Materials 2 Mart 2006 13:57 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) qurultayında rəhbər orqanların tərkibi yenidən formalaşdırılacaq, partiyanın Nizamnaməsinə dəyişiklik ediləcək. Bu barədə Trend ə ALP-nin sədr əvəzi Əvəz Temirxan məlumat verib. O, bildirib ki, qurultayda bir sıra struktur dəyişiklikləri, o cümlədən Siyasi Şuranın, Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində dəyişikliklər ediləcək. Həmçinin qurultayın və digər ali orqanların bəzi səlahiyyətləri İcraiyyə Komitəsinə veriləcək.

Partiyada sədrlik postunun bərpa edilib-edilməməsinə gəldikdə isə, Əvəz Temirxan bu barədə qəti fikir bildirməyib. Qeyd edək ki, ALP-nin sədri postuna Əvəz Temirxanın namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Ə.Temirxanın sözlərinə görə, qurultaydan əvvəl partiya sədrliyinə iddialı olduğunu bəyan edənlər hələ ki yoxdur.

Xəbər lenti

Xəbər lenti