...

Salyanda regionların sosial-inkişafı proqramına uyğun olaraq satış-sərgi keçirilib

Siyasət Materials 11 Mart 2006 14:45 (UTC +04:00)

Bu gün Salyanda regionların sosial-inkişafı proqramına uyğun olaraq, satış-sərgi keçirilib. Sərgidə Salyanın istehsal və emalla məşğul olan azad sahibkarları, fermer təsərrufatları öz məhsullarını nümayiş etdirib və satıblar. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov və digər vəzifəli şəxslər iştirak edib. Satış-sərgidən sonra kənd təsərrüfatı naziri və digər rəsmi şəxslərlə sahikbkarların görüşü keçirilib. Sahibkarlar nazirə problemləri, xüsusilə istədikləri qədər kredit ala bilmədikləri barədə məlumat veriblər.

İştirakçıların suallarını cavablandıran kənd təsərrüfatı naziri bildib ki, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi hökumətin daim diqqət mərkəzindədir və bu istiqamətdə yaxın vaxtlarda daha səmərəli addımlar atılacaq. Dünyanı sarsıtmış quş qripi təhlükəsindən də danışan nazir deyib ki, yaxın vaxtlarda baytarlıq xidmətinin beynəlxalq standartlar səviyyəsində avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti