...

Sergey Lavrov: "Xəzər dənizinin hüquqi statusu tamamilə müəyyən olunanadək Sovet-İran müqavilələrinə tərəfdar olmalıyıq"

Siyasət Materials 14 Mart 2006 15:58 (UTC +04:00)

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Xəzər dənizinin hüquqi statusu tamamilə müəyyən olunanadək 1921 və 1940-cı illərdə imzalanmış Sovet-İran müqavilələrinin normalarına tərəfdar olmağa çağırıb". Trend in xəbər verdiyi kimi, bu barədə nazir Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun iclasında bəyan edib.

RF-nin XİN başçısı onu da bildirib ki, "Rusiyanın daxili su yolları ilə Xəzərə tranzit məsələləri Rusiya tərəfi ilə müvafiq sazişlər imzalanmaqla nizama salına bilər. Çünki bunlar beynəlxalq su yolları deyil. Əlaqələrimiz nəticəsində əldə etdiyimiz təcrübə göstərir ki, bütün bu məsələləri həll etmək olar və bu lazımdır", - deyə S.Lavrov qeyd edib. Bu barədə "PRAYM-TASS" xəbər verir.

Xəbər lenti

Xəbər lenti