...

Azərbaycan Milli Məclisinin spikeri Rumıniyanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 14 Mart 2006 16:20 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov martın 14-də Rumıniyanın müdafiə naziri Teodor Atanasiunu qəbul edib. Trend in xəbər verdiyi kimi, söhbət zamanı O.Əsədov Rumıniyanın həm siyasi, həm də hərbi sahələrdə Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib. "Biz ümid edirik ki, ikitərəfli əlaqələr bütün istiqamətlərdə inkişaf edəcək", - deyə o qeyd edib.

Öz növbəsində, T.Atanasiu bildirib ki, Rumıniya regionda Azərbaycanın rolunu yüksək qiymətləndirir və Bakı ilə əməkdaşlıqda maraqlıdır. Onun sözlərinə görə, səfərdə məqsəd ikitərəfli əlaqələrin genişləndirilməsi yollarının axtarılması üçün məsləhətləşmələrin aparılmasından ibarətdir.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti