...

Fazil Məmmədov: Barmek Azerbaijan şirkətində vergidən yayınma faktları var

Siyasət Materials 22 Mart 2006 15:49 (UTC +04:00)

Barmek Azerbaijan şirkətində vergidən yayınma faktları var, amma hələlik bunun həcmi məlum deyil. Trend ATI telekanalına istinadən bildirir ki, vergilər naziri Fazil Məmmədov bu barədə jurnalistlərə bildirib.

Vergilərin ilkin araşdırılması Departamenti tərəfindən aşkar edilib ki, vergi qanunvericiliyinin pozulması nəticəsində şirkətə qarşı cinayət işi qaldırılıb. Yoxlamalar həm vergilər Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən davam etdirilir.

"Bundan başqa, həmin şirkətdə ciddi qanun pozuntuları var və bununla bağlı Respublika Prokurorluğunda iş aparılır" -deyə nazir qeyd edib.

F.Məmmədov bildirib ki, Azpetrol şirkətində artıq işlər başa çatdırılıb və nəticələr qərar qarşı tərəflə razılaşdırıldıqdan sonra yaxın vaxtlarda elan ediləcək. Prokurorun birinci müavini Rüstəm Usubov da bildirib ki, qaldırılan cinayət işi ilə bağlı olaraq sorğu aparılan şəxslər arasında Barmek Azerbaijan şirkətinin prezidenti Hüseyn Arabul da var. Ondan istintaqa maraqlı olan sənədlərin hüquq-mühafizə orqanlarına təqdim olunması tələb olunur. İstintaqın nəticələrinə görə qərar qəbul ediləcək. R.Usubov qeyd edib ki, bu gün şirkətin yüksək vəzifəli şəxslərindən üçü artıq məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti