...

İsmayıl Həsənov: "Quş qripi" itlər və pişiklər arasında yayılmayıb

Siyasət Materials 24 Mart 2006 17:08 (UTC +04:00)
İsmayıl Həsənov: "Quş qripi" itlər və pişiklər arasında yayılmayıb

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi" virusunun quşlar arasında olduğu kimi, itlər və pişiklər arasında da yayıla biləcəyi barədə informasiyaları təkzib edib. Trend in verdiyi xəbərə görə, bu barədə martın 24-də xidmətin rəhbəri İsmayıl Həsənov məlumat verib.

"Bu heyvanlar H5N1 virusunun daşıyıcısı ola bilməzlər", - deyə o bildirib.

Adamlar bu virusa yalnız ev və vəhşi quşlardan və donuzlardan yoluxa bilərlər. "Donuzlardan yoluxma təhlükəsi quşlara nisbətən daha böyükdür. Aparalın dezinfeksiya işlərini nəzərə alaraq su anbarlarındakı su vasitəsilə yoluxma mümkün deyil", - deyə Xidmətin rəhbəri bildirib.

"Ən sadə şəxsi gigiyena qaydalarını yerinə yetirməklə virusla yoluxmadan əhəmiyyətli dərəcədə qaçmaq olar", - deyə İ.Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti