...

Fazil Qəzənfəroğlu: "Parlamentdə Qarabağ fraksiyanın yaradılması prosesi ləngiyir"

Siyasət Materials 27 Mart 2006 11:46 (UTC +04:00)

Milli Məclisdə Qarabağ fraksiyasının yaradılması məsələsi yarımçıq qalıb. Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, bu təşəbbüslə 18 millət vəkili arasında ilkin razılıq əldə olunub. Məqsəd parlamentdə Qarabağ fraksiyasını yaradıb bu məsələni daim gündəmdə saxlamaq və problemin həlli variantlarını deputatlar arasında müzakirəsinə nail olmaqdır.

F.Qəzənfəroğlu bildirib ki, fraksiyanın yaradılması ilə bağlı danışıqlarda bir irəliləyiş əldə olunmayıb: "Fraksiyada təmsil olunacaq deputatların say məsələsini açıqlamaq istəmirik. Çünki Azərbaycanı gözü götürməyən kənar qüvvələr parlamentdə Qarabağın adı ilə bağlı hər hansı bir fraksiyanın yaranmasının mümkünsüzlüyünü yalnız alqışlaya bilərlər". Millət vəkili onu da qeyd edib ki, ancaq danışıqlar aparılır. Yaxın günlərdə fraksiyanın yaradılması ilə bağlı sənədə 50-dən çox millət vəkilinin imza atacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti